Ramiz Əzizbəylinin xanımı vəfat etdi

ÖLKƏ
16:26 / 26.02.2026
59

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib.

HİT.az Baku.ws-ə istinadən xəbər verir ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib.

Bu barədə sayta R.Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib. O qeyd edib ki, Z.Əzizbəyli uzunsürən xəstəlikdən sonra ötən gün həyatını itirib.

Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.

0