Şamaxıya baş memar təyin edildi

ÖLKƏ
11:10 / 28.02.2026
51

Şamaxı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Hit.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Əmr imzalayıb.

Əmrə əsasən, Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri - şəhərin baş memarı vəzifəsinə təyin olunub.

R.Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.

0