Milli Məclisin keçmiş deputatı Etibar Əliyev orqanlarını bağışlayıb.
Hit.az "Mətbuat.az"a istinadən xəbər verir ki, tanınmış ziyalı bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. 63 yaşını tamamlayan Əliyev bəzi millət vəkillərinin orqanlarını bağışladığını xatırladaraq özünün də bu təşəbbüsə qoşulduğunu bildirib.
Etibar Əliyev təkcə orqanlarını deyil, kitablarını da bağışladığını açıqlayıb. Zəngin kitabxanası olduğunu qeyd edən keçmiş deputat bu xəzinəni əməkdaşı olduğu universitetə bağışladığını vurğulayıb.


