Özünü xüsusi xidmət orqanı əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq törədən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə mühakimə edilən Habil Təhməzova (ad və soyad şərtidir) 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun üzərində olan 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanılıb və üzərində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Habil Təhməzovun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 28 gün müddət ona təyin olunmuş cəzadan çıxılıb və o, qəti olaraq 3 il 3 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İş materiallarından aydın olur ki, Habil Təhməzov 3 nəfər qarşı dələduzluq edib. O, həmin şəxsləri müxtəlif qurumlara işə düzəldəcəyini vəd edərək onlardan ümumilikdə 36 200 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Habil Təhməzov məhkəmə zamanı ona verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Seyid


