İntensiv yağışlarla bağlı - Xəbərdarlıq

ÖLKƏ
16:35 / 03.03.2026
49

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq Martın 4-ü günün ikinci yarısı 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Hit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

0