2025-ci ildə 11 558 nikahdankənar uşaq doğulub.
Hit.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deyib.
Nazir müavini qeyd edib ki, 2022-ci ildə bu rəqəm 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə isə 13 228 olub. Toğrul Hüseynov bu rəqəmin azalmasını dövlət orqanlarının birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.


