"Viva” Kommunikasiya Agentliyi kommunikasiyanın bütün tərəflərinin tədris ediləcəyi kurs elan elan edir.
"360 dərəcə Kommunikasiya” adlı kurs apreldə başlayıb 2 ay davam edəcək və bu müddət ərzində hər biri 90 dəqiqə olan 20 dərs keçiriləcək.
Əsasən kommunikasiya eksperti Vüqar Babanın keçəcəyi dərslərin bəzilərinə öz təcrübələrini bölüşmələri üçün PR və marketinq mütəxəssisləri dəvət olunacaq.
Kurs 4 moduldan ibarət olacaq:
Modul 1: Daxili Kommunikasiya
Modul 2: İctimaiyyətlə Əlaqələr (PR)
Modul 3: Marketinq Kommunikasiyaları (MarCom)
Modul 4: Kommunikasiya Strategiyası
Təlimlərdə PR və marketinq sahəsinə işləyən şəxslər, öz karyerasını bu sahədə qurmaq istəyən şəxslər iştirak edə bilər. Kurs iştirakçıları sonda özlərinin işlədikləri qurum və ya qurmaq istədikləri şirkət üçün kommunikasiya strategiyası yazacaqlar.
"360 dərəcə Kommunikasiya” kursu barədə ətraflı məlumatı "Viva” Kommunikasiya Agentliyindən +994 99 6727733 nömrəsi vasitəsilə və ya //viva.com.az/360-kommunikasiya-kursunun-proqrami/ linkindən əldə etmək olar.




