Fərid Qayıbov onu özünə yenidən müşavir təyin etdi

ÖLKƏ
11:55 / 12.03.2026
95

Gənclər və idman naziri Fərid Qayıbov özünə yeni müşavir təyin edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazir müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramil Cabbarov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.

O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri işləyib. Həmin şöbəyə müdir isə Ülviyyə Axundova təyinat alıb.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü R.Cabbarov 2021-2023-cü illərdə də gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb.

0