XIII Qlobal Bakı Forumunda WUF13-ə həsr olunmuş panel müzakirəsi olub

ÖLKƏ
11:40 / 14.03.2026
38

XIII Bakı Qlobal Forumu davam edir.

Hit.az APA-ya istinadən xəbər verir ki, forum çərçivəsində ”Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” adlı panel müzakirəsi keçirilib.

Əvvəlcə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax XIII Qlobal Bakı Forumunda çıxış edib. O çıxışı zamanı qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqondular qlobal mənzil böhranının xüsusiyyətlərindən biridir. Bu hal xüsusilə Qlobal Cənub ölkələrində və bu regionun şəhərlərində geniş yayılıb.

Daha sonra çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev qeyd edib ki, bu gün dünyanın bir çox bölgəsində sosial bərabərsizlik müşahidə olunur və şəhərsalma ilə bağlı problemlər bir çox ölkələr üçün aktual olaraq qalır.

London Sitinin lord meri, London Sitinin sabiq şerifi Maykl Mainelli paneldə çıxışı zamanı bildirib ki, məskunlaşma qlobal problem kimi görünsə də, əslində əsasən yerli səviyyədə həll olunmalı məsələdir.

UNESCO-nun İnklüziv və Davamlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli vurğulayıb ki, mənzil sahəsində vahid və universal həll modeli yoxdur. Buna görə də müxtəlif səviyyələrdə fəaliyyət göstərən şəbəkələr çevik olmalı və ehtiyac yaranan zaman effektiv dəstək verə bilməlidirlər.

Son olaraq Rumıniyanın baş nazirinin sabiq müavini Ana Birchall məskunlaşma və evlə təmin olunma gələcək üçün əminlik yaradan ciddi məsələlərinə toxunub. O,qeyd edib ki, yaşayış təminatı ilə əlaqədar işlər həyata keçirilməlidir.

0