Xəzər sahilində quşlar kütləvi şəkildə niyə ölür? - VİDEO

ÖLKƏ
19:59 / 14.03.2026
54

Xəzər dənizinin Şüvəlan sahili boyunca kütləvi quş ölümü qeydə alınıb. Sakinlərin verdiyi məlumata görə, sahilə səpələnmiş çox sayda ölü quş cəsədi ətrafdakılarda ciddi narahatlıq və maraq doğurub.

Çəkiliş qrupu ərazidə olarkən hər addımbaşı batağan quşlarının cəsədlərinə rast gəlib.

Qeyd edək ki, batağanlar Antarktidadan başqa dünyanın bütün bölgələrində yaşayan quş növüdür. Onların 22 növündən üçünün nəsli kəsilmiş hesab olunur. Ölkəmizə əsasən qışlamaq üçün miqrasiya edən bu quşların cəsədlərinə son günlər paytaxtın digər sahil ərazilərində də rast gəlinib.

Ekoloqlar bildirirlər ki, kütləvi ölümün səbəbi təbii amillər, yoluxucu xəstəliklər və ya qida çatışmazlığı ilə bağlı ola bilər. Lakin dəqiq səbəb yalnız mütəxəssis rəyindən sonra bəlli olacaq. //Xəzər TV

0