30 şəhər və rayonla bağlı XƏBƏRDARLIQ - SİYAHI

ÖLKƏ
17:25 / 16.03.2026
53

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

HİT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, martın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul, Neftçala, Şirvan, Sabirabad, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Yevlax, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

0