40 yaşlı sahibkarın meyiti tapıldı

ÖLKƏ
10:07 / 17.03.2026
99

Salyan və Bakıda fəaliyyət göstərən “Öz geyim” mağazalar şəbəkəsinin 40 yaşlı sahibi Şamil Qədirov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, onun meyitini yaxınları Salyanda yaşadığı evdə aşkar ediblər.

Ş.Qədirovun özünə qəsd etdiyi ehtimal olunur.

Mərhumun 4 övladı qalıb.

Sahibkarın ölümü ilə bağlı araşdırma aparılır.

0