Nazirin müavinlərinin sayı artırıldı - FƏRMAN

ÖLKƏ
16:32 / 17.03.2026
93

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.

HİT.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.

Müavinləri vəzifəyə dövlət başçısı təyin edir və vəzifədən azad edir. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

0