Lənkəran rayonundan olan Vətən müharibəsi qazisi vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Cil kənd sakini, 33 yaşlı kapitan Aqil Bəxtiyar oğlu Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Aqil son 4 gündür Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurmuş. O, elə həmin tibb müəssisəsində vəfat edib.
Mərhumun nəşi bu gün doğulduğu kəndə gətirilərək dəfn olunub.





