Azərbaycanda 2026-cı ilin aprel ayında bayram və ya hüzn günü ilə bağlı qeyri-iş günü olmayacaq.
Metbuat.az-ın məlumatına görə, aprel ayında yalnız şənbə və bazar günləri istirahət günü hesab olunacaq. Beşgünlük iş həftəsi üzrə bu ayda ümumilikdə 8 gün (həftəsonları) qeyri-iş günü olacaq.
Qeyd edək ki, 2026-cı ildə ən çox qeyri-iş günü mart ayına düşür. Bu, Novruz və Ramazan bayramlarının eyni aya təsadüf etməsi ilə bağlıdır.


