Ciddi cərimələrin tətbiq edilməsi qaçınılmaz olacaq - AÇIQLAMA

ÖLKƏ
15:50 / 30.05.2020
1487

"Digər ölkələrə nəzər salsaq biz bu ölkələrdə cərimələrin miqdarının həddən artıq çox olduğunu müşahidə edə bilərik. Hətta, ağlasığmaz dərəcədə müxtəlif cərimələr tətbiq olunur. Ölkəmizdə də vəziyyət belə davam edərsə ciddi cərimələrin tətbiq edilməsi qaçınılmaz olacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin deputatı Kamilə Əliyeva ölkədəki son pandemik vəziyyəti dəyərləndirərkən deyib.

Millət vəkilinin sözlərinə əsasən, hazırkı dövrdə insanların qaydalara riayət etməməsi yoluxma sayını kəskin artırıb və belə davam etsə yoluxmaların sayı daha da arta bilər:

"Əfsuslar olsun ki, son günlər ərzində virusa yoluxanların sayı artmaqdadır. Artıq, dünənki son məlumata görə bu rəqəm iki yüzü keçmişdir. Bu isə çox pis göstəricidir. Gün ərzində insanlarımızın virusa bu qədər çox yoluxması o deməkdir ki, insanlar arasında karantinin yuşaldılması ilə əlaqədar sosial məsuliyyətsizlik artıb. İnsanlar artıq qaydalara tamamilə riayət etmirlər.

Operativ Qərargah tərəfindən bizə töviyyə edilənlərə nəzər salsaq görərik ki, əsas tələb olunan müddəalar sırasında ilk növbədə sosial məsafəni saxlamaq, eyni zamanda qoruyucu maskalardan istifadə etmək və gigiyenik qaydalara əməl etmək dayanır. İnsanların qarşısında duran əsas vəzifələr bunlardan ibarət olmalıdır. Hazırda əksər iş yerləri öz fəliyyətini başlayıb. İnsanlar artıq yenidən gündəlik həyat tərzlərinəqayıdıblar. Dünyada da bütün bu proseslər ölkəmizdəki kimi gedir və bu cür də davam etdirilməlidir. Biz real həyatımıza qayıtmalıyıq. Çalışmalı və iş fəaliyyətimizi davam etdirməliyik. Amma, bu o demək deyil ki, virusdan artıq tamamilə qurtulmuşuq. Peyvənd tapılmadığı müddətdə biz hələ də bu virusla mübarizə aparmalıyıq".

Kamilə Əliyeva vurğulayıb ki, hələ qarşıda bizi virusun ikinci dalğası da bizi gözləyir: "Operativ Qərargahın da verdiyi məlumatda qeyd edilir ki, qış aylarında ikinci dalğanın gəlməsi gözlənilir. Buna görə də, indiki yeganə mübarizə yolu qaydalara riayət etməkdən keçir.

Biz diqqət etsək Bakıda maskalardan istifadə edən şəxslər demək olar ki, çox azdır, hətta barmaqla sayıla biləcək dərəcədə azdır. İnsanlar nəqliyyat vasitələrində, marketlərdə və kütləvi toplaşılan ictimai yerlərdə artıq maskalardan istifadə etmirlər. Bu situasiyadan çıxış yolu kimi maskalardan istifadə ilə bağlı cərimələrin tətbiq olunmasıdır. Hazırda əsas olan insanlarımızın sağlamlığıdır və bunu nəzərə alsaq belə davam etdiyi müddətdə yoluxanların sayı artdıqca cərimələr də tətbiq edilməlidir. Digər ölkələrə nəzər salsaq biz bu ölkələrdə cərimələrin miqdarının həddən artıq çox olduğunu müşahidə edə bilərik. Hətta, ağlasığmaz dərəcədə müxtəlif cərimələr tətbiq olunur. Ölkəmizdə də vəziyyət belə davam edərsə ciddi cərimələrin tətbiq edilməsi qaçınılmaz olacaq".

1
Sia.az