ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşı öldürmək ittihamı ilə həbs edilən polis əməkdaşı Derek Çaven 500 min dollar təzminat ödəməli olacaq. Bununla bağlı qərar verilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə etirazlara səbəb olan Çevendən ailəsi də imtina edib. Həyat yoldaşı ondan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar ölkə üzrə iğtişaşlarla nəticələnib.
Azvision.az