Tiktoker insan alverinə görə həbs olundu

ÖLKƏ
12:02 / 11.04.2026
54

Sosial şəbəkələrdə “Enoor” adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib.

HİT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə o saxlanılıb.

Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.

0