Gözəllik salonunda işləyən arvadını qətlə yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Qətl törətməkdə ittiham edilən 47 yaşlı Rüstəm Qasımov barəsində həbs-qətimkan tədbiri seçilib.
İstintaq orqanının təqdimatına əsasən Sabunçu Rayon Məhkəməsi R.Qasımov barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçib.
Xatırladaq ki, qətl hadisəsi mayın 28-də Ramana qəsəbəsində yerləşən gözəllik salonunda baş verib.
1983-cü il təvəllüdlü Bakı şəhər sakini Nurana Qədimova işlədiyi salonda bıçaqlanaraq öldürülüb.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli 1973-cü il təvəllüdlü Rüstəm Qasımovun törətdiyi müəyyən edilib.
R.Qasımov arvadını qısqanclıq zəminində öldürdüyünü deyib.
Musavat.com