Bazarda bağlamaq üçün tikanlı xiyarlar neçəyədir? - ARAŞDIRMA

ÖLKƏ
13:10 / 10.08.2026
251

Mövsümlə əlaqədar yerli bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərində ciddi dalğalanmalar müşahid olunur. 

İstehlakçıların diqqətini çəkən əsas məhsullardan biri də gündəlik tələbat ərzaqlarından olan xiyardır. Aparılan araşdırmalar göstərir ki, hazırda satışda olan xiyarların qiyməti növünə və təyinatına görə kəskin fərqlənir. Xüsusilə qış tədarükü üçün üstünlük verilən, turşu və tutma bağlamağa yararlı tikanlı xiyarların qiymətindəki kəskin artım alıcıların narazılığına səbəb olub. 

Hit.az-ın əməkdaşı bazara üz tutaraq xiyar qiymətləri ilə yerində maraqlanıb.

Satış nöqtələrində aparılan müşahidələrimizə əsasən, bu növ xiyarların bir paketi 8 manatdan 13 manata qədər təklif olunur. Qiymətlər arasındakı bu diapazon məhsulun keyfiyyəti, təravəti və ölçüsünə görə dəyişir. Daha xırda və bağlamaq üçün əlverişli sayılan keyfiyyətli məhsullar üst həd olaraq 13 manata satılır. 

Qeyd edək ki, insanlar bağlamaq üçün əsasən kiloqramla deyil, paketlə alırlar. Lakin alıcılar qiymətlərin baha olmasından gileylənərək, xüsusən mövsüm dövründə bu cür artımın büdcələrinə ciddi təsir etdiyini bildirirlər. Satıcılar isə qiymət fərqini məhsulun tələbata görə bazara az çıxarılması və keyfiyyət göstəriciləri ilə əlaqələndirirlər.

Pərviz

0