Mövsümün qızğın dövrünün yaşanması ilə əlaqədar yerli bazarlarda yay meyvələrinin, xüsusilə də qarpızın qiymətində nəzərəçarpacaq eniş müşahidə olunur.
Hit.az-ın əməkdaşı bazarda qarpız qiymətləri ilə maraqlanıb.
Bol məhsul yığımı fonunda satışa çıxarılan qarpızın qiyməti son günlər kəskin şəkildə aşağı düşüb. Ötən həftələrdə kiloqramı 80 qəpiyə təklif olunan qarpız artıq bazarlarda orta hesabla 50 qəpiyə satılır. Bəzi satış nöqtələrində və iri piştaxtalarda isə alıcı axınını artırmaq məqsədilə qiymətlərin 40–45 qəpiyə qədər gerilədiyini görmək mümkündür.
Satıcılar qiymət enişini bazara bol miqdarda yerli məhsulun daxil olması və təklifin tələbatı üstələməsi ilə əlaqələndirirlər. Beləliklə, mövsümün pik həddində qiymətlərin münasibləşməsi isə həm alıcıların cibinə müsbət təsir edir, həm də yay süfrələrinin əvəzolunmazı olan bu məhsula tələbatı daha da artırır.
Pərviz


