Tovuz rayonunda dərəyə aşan yük avtomobili yanıb

ÖLKƏ
11:11 / 31.05.2020
1069

Tovuz rayonunun Ağacqala kəndində "QAZ" markalı yük avtomobili dərəyə aşıb.

Hit.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə avtomobilin mühərrik hissəsi və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0