Bakıda 22 yaşlı gəlin dəm qazından boğulub

ÖLKƏ
12:44 / 31.05.2020
1011

Bakıda 22 yaşlı gəlin dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39 ünvanında qeydə alınıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

0