Bakının Suraxanı rayonunda Yeni Günəşli və Qaraçuxur qəsəbələrini birləşdirən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Oxu.az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Məlumata görə, gecə saatlarından etibarən təmir işləri ilə əlaqədar iki qəsəbə arasındakı yolun bir hissəsi bağlanıb. Yayılan görüntülərdə yolun beton maneələrlə bağlandığı da görünür.
Ərazidə hərəkətin məhdudlaşdırılması səbəbindən həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin marşrutu dəyişdirilib.


