Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı

ÖLKƏ
19:25 / 31.05.2020
1060

Cəlilabad rayonunda modul tipli məktəbin tikintisi zamanı tarixi mədəniyyət nümunələri aşkarlanıb.

"Report"un məlumatına görə, Badamağacı kəndində qazıntı işləri həyata keçirilərkən 1,5 metr dərinlikdən 3 saxsı qab aşkar olunub.

Bundan sonra müvafiq dövlət qurumunun əməkdaşları ərazidə olub. Nəticədə salamat qalmış 1 saxsı qab və 2 saxsı qabın hissələri Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilməsi üçün götürülüb.

Eyni zamanda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəsmi məktub ünvanlanıb.

0