Jurnalistlərin binasında koronavirus həyəcanı

14:47 / 31.05.2020
1187

Bakının Bibiheybət qəsəbəsində jurnalistlərin yaşadığı binaların birində koronavirus həyəcanı yaşanıb.

Moderator.az xəbər verir ki, mayın 31-də xüsusi geyimli təcili tibbi yardım həkimləri polis maşınının müşayiəti ilə "Jurnalistlərin binası"na gəlib. Onlar bina sakinlərindən birini təcili tibbi yardım maşınında müalicə müəssisəsinə aparıblar.

Bəzi iddialara görə, xəstəxanaya aparılan şəxsin koronavirusa yoluxduğu ehtimal edilir.

Xatırladaq ki, hələlik bununla bağlı rəsmi məlumat yoxdur və məlum informasiya ilə bağlı hər hansı dəqiqləşdirmə aparmaq mümkün olmayıb.

0