"Jurnalistlər binası" karantinə alındı - 2 jurnalistdə koronavirus aşkarlandı

ÖLKƏ
16:15 / 31.05.2020
1449

Bakının Bibiheybət qəsəbəsində yerləşən ikinci “Jurnalist binası”nda yaşayan jurnalistlərdə koronavirus aşkarlanıb.

HİT.Az-a verilən məlumata görə, binanın sakini olan və koronavirus testi müsbət çıxan iki jurnalist ailəsi ilə birlikdə Atletlər kəndində karantindədir.

Eyni zamanda, bina da karantinə alınıb və əraziyə nəzarət gücləndirilib.

2