Qəbələdə kiçik çoban sürüsü ilə birgə gildən xilas edildi - FOTO

ÖLKƏ
22:55 / 31.05.2020
1718

Türyançayın Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində çay yatağının bataqlıq və gilli olması böyük təhlükə yaradır

Qəbələdə tələf olmaq üzrə olan uşaq və 100 baş heyvan xilas ediliblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Türyançayın Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qəbələnin Savalan kəndində bataqlıqda köməksiz vəziyyətdə qalan çoban və heyvanları xilas edilib Sputnik / Ilham Ahmadov Qəbələnin Savalan kəndində bataqlıqda köməksiz vəziyyətdə qalan çoban və heyvanları xilas edilib Sputnik / Ilham Ahmadov Hadisə nəticəsində təsərrüfat sahibinin bir neçə heyvanı yaralanıb, bir neçəsi tələf olub. Sputnik / Ilham Ahmadov 1 / 5Qəbələnin Savalan kəndində bataqlıqda köməksiz vəziyyətdə qalan çoban və heyvanları xilas edilib

Hadisə yerinə gəldikdə məlum olub ki, gillə dolu olan ərazidə azyaşlı çoban və 100-dən çox heyvan batıb. Dərhal Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hərəkətə keçərək bataqlıqda köməksiz vəziyyətdə qalan uşağı və heyvanları xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Türyançayın Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində çay yatağının bataqlıq və gilli olması böyük təhlükə yaradır. Hadisə nəticəsində təsərrüfat sahibinin bir neçə heyvanı yaralanıb, bir neçəsi tələf olub.

0