Maskalarla bağlı cərimələr təsdiqləndi - MƏBLƏĞ

ÖLKƏ
20:45 / 31.05.2020
2596

Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirə edilib.

HİT.Az xəbər verir ki, dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

3