Türkiyədə qarşıdurma: polis öldürüldü, xüsusi təyinatlılar gəldi

ÖLKƏ
08:45 / 01.06.2020
1539

Türkiyənin Bursa şəhərinin Yıldırım ilçəsində baş verən silahlı qarşıdurma zamanı 1 polis öldürülüb, 4-ü isə ağır xəsarət alıb.

Axar.az xəbər verir ki, Rumıniya vətəndaşları ilə yerli sakinlər arasında bilinməyən səbəbdən mübahisə yaşanıb.

Ardınca mübahisə silahlı qarşıdurmaya çevrilib.

Bu zaman olaya müdaxilə edən polislərdən biri güllələnərək öldürülüb.

Dörd polis müxtəlif bədən xəsarətləri alıb.

Qarşıdurmanı dayandırmaq üçün hadisə yerinə xüsusi təyinatlı qüvvələr yeridilib.

0
Axar.az