Bu deputatlar karantinə görə parlamentin iclaslarına qatıla bilmirlər

ÖLKƏ
10:31 / 01.06.2020
1090

Azərbaycan Milli Məclisinə Naxçıvan Muxtar Respublikasından seçilən deputatlar Ülviyyə Həmzəyeva və Cəbi Quliyev parlamentin plenar iclaslarına qatıla bilmirlər.

HİT.Az bildirir ki, Pravda.az-ın xəbərinə görə, buna səbəb koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlı olmasıdır. Adı çəkilən deputatlar hazırda Naxçıvandadırlar və Bakıya gələ bilmirlər. Üzrlü səbəb olduğuna görə bu, nəzərə alınır.

Naxçıvandan seçilən digər deputatlar – İsa Həbibbəyli, Səttar Möhbalıyev, Eldar İbrahimov, Siyavuş Novruzov Bakıda olduğu üçün iclaslara da qatıla bilirlər.

1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatı Vasif Talıbov isə sərhədlərin açıq olduğu dövrdə belə iclaslara nadir hallarda qatılıb.

0