“Ayının boynunda xalta ola bilər. Bu mümkündür. Amma gedib yerində baxmaq lazımdır”.
Hit.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Şəkidə küçədə dolaşan ayı ilə bağlı açıqlamasında deyib. O bildirib ki, hadisə yerinə gedib məsələni araşdırandan sonra bu haqda dəqiq nəsə demək mümkün olacaq:
“Mən indi gedirəm, baxacağam. Heyvanlarda boyun hərəkətsizdir, çiynin üzərində sağa-sola hərəkət edir. Hərəkət zamanı bədənlə boyun arasındakı tüklərin arasında elə bir sərhəd xətti əmələ gələ bilər. Amma bəlkə də xaltası olub. Onu saxlayanlar kimdir, bilmirəm. Nazirliyin adamları qrup göndərdi və ayı Altıağaca gətirildi. Əgər ayı saxlanılıbsa, onu kimin saxladığını bilmək olmur, gərək baxıb deyilsin”.
Xatırladaq ki, ötən gün gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Sonradan nazirlik əməkdaşları ayını saxlayıblar.