“Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin”

ÖLKƏ
12:02 / 01.06.2020
1677

“Prezident deyir ki, karantin dövründə işçiləri işdən çıxarmaq olmaz. Amma indi də Ağcabədi rayonuna əmr gəlib ki, 35 nəfər işdən ixtisar edilməlidir”.

HİT.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu məsələni deputat Aqil Abbas parlamentdə səsləndirib. O qeyd edib ki, əvvəlcə kənd kitabxanaları ləğv edilib: “Mən bilmirəm, Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər? İndi də əmr gəlir ki, 35 nəfər ixtisar olunmalıdır. Yəqin başqa rayonlara da bu siyahı gedir. Niyə qardaşım ? Doğrudan, büdcəmiz 35 nəfərin aldığı maaşa məcbur qalıb?!

Maliyyə Nazirliyindən xahiş edirəm ki, kitablarla işi olmasın. Niyə düşmüsünüz kitabların üstünə? Bir dənə rayon adı çəkilsin ki, orada kitab mağazaları var. İndiki zamanda işçiləri işdən çıxarmaq olmaz. Mən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.

0