Deputat Xəzər və Pirallahı rayonlarındakı qəzalı vəziyyətə olan binalar problemini qaldırdı.
Bu gün Xəzər və Pirallahı rayonunda 6 minədək qəzalı vəziyyətdə olan bina var, ancaq həmin problem öz həllini tapmır. “Ölkə.Az” xəbər verir ki, bunu deputat Rauf Əliyev Milli Məclisin ilk növbədənkənar sessiyasında deyib.
Onun sözlərinə görə. qəzalı evlərin mini Pirallahı rayonunun, 5 mini isə Xəzər rayonu ərazisindədir. “ Düzdür, bu gün Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xəzər və Pirallahı rayonları ərazisində - Buzovna, Qala, Zirə qəsəbələrində qəzalı vəziyyətdəki binalarda yaşayan insanlar üçün mənzillər tikilib və təhvil verilib. Bu proses davam etməkdədir. Ancaq burada digər bir problem var. Bu da ondan ibarətdir ki, binaları qəzalı vəziyyətdə olan insanlar siyahıya düşməlidir, ancaq bunu edə bilmirlər. Səbəb də FHN-nin həmin insanlaırn evlərinin qəzalı vəziyyətdə olması ilə bağlı rəy verməməsidir. Çünki həmin evlərə rəy verilməsi üçün FHN-ə müəyyən vəsait köçürməlidir ki, bu vəsait nə vətəndaşda, də RİH-də var. Gərək müvafiq qurumlar vəsaiti köçürsünlər ki, FHN qəzalı vəziyyətdə olan binalarla bağlı rəy versin”.