“Layihədə nəzərdə tutulan 50 manat uyğun cərimə məbləği deyil”.
HİT.Az xəbər verir ki bunu Milli Məclisin Əmək və soail siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı söyləyib.
Deputat təklif edib ki, cərimə məbləği 20-25 manata endirilsin: “Qanunu pozanlar çox vaxt elə pulu olmayan insanlar olur. Ona gör də 50 manat uyğun cərimə məbləği deyil".
Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
Dəyişikliyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.