Baş Prokurorluğun biganəliyindən... - Məlahət İbrahimqızı

ÖLKƏ
13:35 / 01.06.2020
1453

Milli Məclisin iclasında çıxış edən deputat Məlahət İbrahimqızı Qarabağ müharibəsində həlak olan bir qrup prokurorluq əməkdaşlarının problemlərini qaldırıb.

Onun sözlərinə görə, 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda şəhid və itkin hərbi qulluqçuların vərəsələrinə 11 min manat bir dəfəlik müavinət verilib: "Çox təəssüf ki, bu dövrdə Qarabağ bölgəsində ezamiyyətdə olarkən şəhid olan prokurorluq orqanlarının şəhid əməkdaşlarının ailələri Baş Prokurorluğun biganəliyindən bu müavinətdən kənarda qaldı. Ümid edirəm ki, Baş Prokurorluğun yeni rəhbərliyi bu problemi həll edəcək”.

M.İbrahimqızı deyib ki, belə ailələrin sayı və maliyyə tutumu çox azdır: “Hardasa 20 nəfərdir. Düşünürəm ki, bu problem həll oluna bilər”.

 

0
Musavat.com