Nazirliyin qarşısında aksiya keçirən tələbə həbs edildi

ÖLKƏ
09:43 / 02.06.2020
1018

Dünən Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələrdən biri həbs olunub.

HİT.Az-ın verdiyi xəbərə görə, aksiyada iştirak edən Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ikinci kurs tələbəsi Rüstəm İsmayılbəyli Təhsil Nazirliyinin vəzifəli şəxslərinin qəbulundan çıxdıqdan sonra 6 nəfər tələbə ilə birlikdə saxlanılıb. Polisin təqdimatı ilə barəsində inzibati həbs cəzası verilməsi üçün R.İsmayılbəyli Nərimanov rayon məhkəməsinə aparılıb.

Məhkəmənin qərarı ilə tələbə Rüstəm İsmayılbəyli 15 sutka inzibati qaydada həbs edilib.

Digər 6 tələbə isə 100-200 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, tələbələrin dərs keçirilməyən ikinci semestr üçün ödənişin və imtahanların ləğv olunmasını tələb ediblər.

0