Şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur - DEPUTAT

ÖLKƏ
12:31 / 02.06.2020
1114

“Son günlər sosial şəbəkələrdə şəhid ailələri və qazilərimizin müəyyən söyüş və təhqirlərə məruz qaldığının şahidi oluruq”.

HİT.Az xəbər verir ki, bu barədə Milli Məclis Sədrinin müavini Adil Əliyev parlamentin bu gün keçirilən plenar iclasında danışıb. 

O, çıxışında Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısının olduğunu bildirib: 

“Bu gün şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur. Onların sadəcə xüsusi diqqətə ehtiyacı var. O insanların hər biri bizim diqqət mərkəzimizdə olmalıdır”.

0