Bakıda klinikada uşaq öldü - Prokurorluq araşdıracaq

ÖLKƏ
10:48 / 03.06.2020
1311

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

HİT.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

1