Təhsil Nazirliyi “Son zəng”in keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.
HİT.Az-ın xəbərinə görə, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən ( 15 iyunadək ) bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur.
Onlayn qaydada müxtəlif tədbirlər keçirilə bilər.