Azərbaycanda daha bir qurumun əməkdaşlarında koronavirus aşkarlandı - RƏSMİ

ÖLKƏ
15:22 / 03.06.2020
1425

Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanların olduğunu açıqlayıb.

HİT.Az xəbər verir ki, Oxu.Az-ın bununla bağlı qurumlar arasında sorğusu davam edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, dənizçilər gəmiyə növbəyə getməzdən əvvəl təcrid proseduru əsasında yeni növ koronavirusa (COVID-19) qarşı analizdən keçirlər:

“Son üç sutka ərzində aparılan testlərin nəticəsinə görə dörd dənizçinin analizi pozitiv olub. Həmin əməkdaşlar hazırda karantinə alınıb və özlərini yaxşı hiss edirlər”.

Bildirilib ki, ASCO-da koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər 2020-ci ilin əvvəlindən görülür.

Gəmilər və sahil obyektləri mütəmadi dezinfeksiya edilir, əməkdaşlar isə fərdi mühafizə, o cümlədən, dezinfeksiyaedici məhlullarla təmin olunur. Hazırda ASCO-da iş öz ahəngi ilə davam edir, əməkdaşlar fəaliyyətlərini Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında həyata keçirirlər.

1