Səbail rayonu prokurorunun müavini vəzifəsindən azad edilən Orxan Nuriyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq şöbəsinə rəhbər təyin olunub.
Bu barədə haqqın.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bundan əvvəl haqqin.az baş prokuror Kamran Əliyevin kürəkəni Orxan Nuriyevi işdən çıxardığını yazmışdı. İşdən çıxarılmasına səbəb qanunun tələbləri olub. Beləliklə, “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir.
Virtualaz.org