"Vətəndaşlar yenidən icazə sistemi ilə yaşayış yerini tərk edəcəklər”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədrin sözlərinə görə, elə istehsalat sahələri var ki, fasiləsiz işləməlidir, bununla bağlı sabah qərar veriləcək:
“Zəruri işləməli olan müəssisələrin işçilərinin sayı məhdudlaşdırılacaq. Xüsusi sağlamlıq vəziyyətlərində və tibb müəssisələrinə getmək lazım olanda, zəruri xidmət sahələrində küçəyə çıxmağa SMS vasitəsilə icazə veriləcək. İctimai və fərdi nəqliyyatdan istifadəyə icazə verilməyəcək”.
Sədr qeyd edib ki, şənbə və bazar günləri həyati vacib bir sıra sahələrin fəaliyyəti davam etdiriləcək:
“Qəza xidməti sahələri, təcili yardım, stasionar tibb müəssisələri işini davam etdirəcək. Bu sahələrdə işçilərin sayı məhdud olacaq”.