Bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi təəssüf ki, mümkün olmayacaq. Əgər infeksiya bu şəkildə artmaqda davam etsə, rayonlara yol açılmayacaq və istirahətə gedə bilməyəcəklər.
Axar.az xəbər verir ki, bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev Musavat.com-a müsahibəsində deyib. İnfeksionist bildirib ki, hər insanın yanına bir polis, bir məmur qoymaq olmaz:
“İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü əməl etməliyik. Mütləqdirmi, kimsə bizi cərimələsin, maska taxmağa məcbur eləsin?”
Axar.az