Həbs edilən gənc şirkət rəhəbrinin işi - Yüz minləri kim ələ keçirib?

ÖLKƏ
18:14 / 04.06.2020
1281

Həbsdə olan gənc şirkət rəhbəri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

HİT.Az Musavat.com-a istinadla xəbər verir ki, “Study in Turkey Azerbaijan” şirkətinin rəhbəri olan Fuad Hacıyev hakim qarşısına çıxarılıb.

Xətai Rayon Məhkəməsi istintaq oqrqanının təqdimatına əsasən Fuad Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb. İş üzrə istintaq davam etdirilir.

Məlum olub ki, Fuad Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq; öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

“Study in Turkey Azerbaijan”ın 32 yaşlı rəhbəri və xaricdə təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bu il fevralın 14-dən həbs edilib.

F.Hacıyevin işində 10-dan artıq epizod var. Bunlar Kanadada işə düzəlmək, həmçinin Türkiyə və Ukraynada təhsil almaqla bağlıdır.

Qeyd edək ki, F.Hacıyevin işində əli olan ayrı-ayrı şəxslər də var. Onlar hazırda Kanada, Ukrayna və Türkiyədədir. F.Hacıyev xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrlə danışıqlar aparıb, müqavilələr hazırlayıb və ödənişləri qəbul edib. Pulu və sənədləri xaricdəki şəxslərə göndərib. Lakin vədlər yerinə yetirilməyib və vətəndaşlar Fuad Hacıyevdən şikayət edib. Bundan sonra F.Hacıyev zərəri ödəməyə başlayıb. Avtomobilini də sataraq pulların bir hissəsini qaytarıb.

Lakin dəymiş zərər yüz minlərlə manat olduğu üçün F.Hacıyev şikayətlər əsasında həbs edilib.

İstintaq orqanı xaricdə olan və adı bu işdə keçən şəxslərlə bağlı da araşdırma aparır.

0