Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumu tutulacaq.
HİT.Az-ın xəbərinə görə, bu barədə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir. Sənədə əsasən, ambulator xidmət göstərən tibb müəssisələrinə görə 2000 manat, stasionar xidmət göstərən tibb müəssisələri üçün 4000 manat rüsum nəzərdə tutulur.
Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 4-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.