Uşaqların dilənçilik etməsini aradan qaldırmağın bir yolu var - Birlik sədri

ÖLKƏ
20:24 / 04.06.2020
1313

"Anamın borcu var, onları ödəmək lazımdır”.

HİT.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacağa gətirilən 3 qohum uşağın ona dediklərindən danışarkən deyib. Onun sözlərinə görə, uşaqlar sığınacağa hüquq-mühafizə orqanları tərəfindən gətirilib:

"Bunlar qohumdurlar. Uşaqlar təxminən 12, 6 və 4 yaşlarındadır. Böyük qız xala hesab olunur. Qaraçı ailələrindən olan uşaqlardır. Müxtəlif qohumların uşaqları bir evdə toplaşdırılır və diləndirilir. Uşaqlar 3 saat ərzində salfet satmaqla, dilənməklə 11 manat 55 qəpik qazanıblar. Təxmini hesablasaq, axşamadək, 9 saat ərzində bu rəqəm 30-40 manat civarında olur. Hamısı da deyir ki, "anamın borcu var, onları ödəmək lazımdır...”

Kəmalə Ağazadə qeyd edib ki, bu "adətləri" dayandırmağın bir yolu var:

"Bu uşaqlar insan alveri qurbanı kimi tanınmalıdır”.

0