Yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, müntəzəm sərnişin avtobuslarında sərinlədirmə sistemlərinin işə salınmasına göstəriş verilib.
HİT.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin(BNA)mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq edilib:
"Artıq bu gündən mərhələ ilə avtobuslarda sərinləndirmə sistemləri işə salınır. Qeyd edim ki,bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb".