"Əgər tələbə yaz və yay sessiyası dövründə ona təqdim edilən dərslərin məzmununu qəbul etmirsə, o, imtahanı payız sessiyası vaxtı verə bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, bunun üçün tələbə təhsil haqqı ödəməyəcək.