"Bir gündə ölkəmizdə 150-170 nəfər ölür. Buna uyğun olaraq dəfnə gedənlərin təxmini sayı bilinir".
HİT.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, rəqəm bütün ölkə ərazisinə aiddir: “Buna görə də dəfnə getmək adı ilə qanunsuz icazə alınmasına yol verilməyəcək. Əvvəlki dönəmdə bu məqsədlə 40 min icazə alınmasının da şahidi olmuşuq”.